Dünya

Əfqanıstanda avtobusa hücum olub, 4 nəfər ölüb, 4-ü yaralanıb

Movavi

Əfqanıstanın paytaxtı Kabulda törədilən partlayış nəticəsində 4 nəfər ölüb, 4 nəfər yaralanıb.

“QİA.az” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Kabul polis idarəsinin sözçüsü Firdevs Faramarz bildirib.

Onun sözlərinə görə, Kabulun Çar Qala rayonunda mülki sakinləri daşıyan avtomobilə bombalı hücum olub.

F.Faramarz ölənlərin sayının artacağından narahat olduqlarını da qeyd edib.

Hücumun məsuliyyətini hələ ki üzərinə götürən olmayıb.

Qeyd edək ki, iyunun 2-də Kabulda törədilən ard-arda partlayışlar nəticəsində 10 nəfər ölüb.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button