Ərdoğan: “Baydenin “F-16”ları almaq istəyimizlə bağlı mövqeyi müsbətdir”

Okt 31, 2021

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Cozef Baydenin rəsmi Ankaranın yeni F-16 qırıcıları alması məsələsinə müsbət yanaşdığını görüb.

QİA.AZ” NTV telekanlına istinadən xəbər verir ki, Türkiyə lideri bunu bazar günü İtaliyanın paytaxtı Romada keçirilən G20 sammitinin sonunda deyib.

“Biz Baydenlə təyyarələrlə bağlı yaranan vəziyyəti, mövcud məsələləri ən yaxşı şəkildə necə həll edəcəyimizi müzakirə etdik. Bayden F-16 qırıcı təyyarələrini almağımız məsələsinə müsbət reaksiya verdi”, – Ərdoğan deyib.

Oxşar Xəbərlər