Ərdoğan zəlzələ bölgəsində tikilən evlərin nə vaxt istifadəyə veriləcəyini açıqlayıb

Türkiyədə zəlzələ bölgəsində tikilən yeni evlərin bu ilin oktyabr ayında istifadəyə verilməsi nəzərdə tutulur.

QİA.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsi olan Adıyamanda sakinlər qarşısında çıxışı zamanı deyib.

O bildirib ki, dağılmış evlərin yerinə daha yaxşı və davamlı evlər tikiləcək: “Dağılan evlərin yerinə daha yaxşı evlər tikəcəyik. Yuvası və nizamı pozulan bacı-qardaşlarımızı mütləq evlərinə gətirəcəyik. Vədlərimizi yerinə yetirənə qədər gecə-gündüz dayanmadan çalışacağıq. Evi yararsız hala düşən sonuncu vətəndaş yeni evinə qayıdana qədər çalışacağıq. Məqsədimiz oktyabr-noyabr aylarında daimi mənzillərin təhvil verilməsinə başlamaqdır. Kənd evləri də tikilir. Müvəqqəti olaraq başqa şəhərlərə gedən vətəndaşlarımızı tək qoymuruq”.

Oxşar Xəbərlər