Cəmiyyət

36 və 81 nömrəli marşrut xətlərinin hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Movavi

Sabah Bakının Əliağa Şıxlınski küçəsində aparılan təmir-tikinti işləri çərçivəsində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Bu barədə “QİA.az”a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, bu səbəbdən 36 və 81 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq aşağıda göstərilən qaydada dəyişdiriləcək.

81 nömrəli marşrut Ə.Şıxlınski küçəsindən müvəqqəti çıxarılaraq S.Mehmandarov küçəsi ilə, 36 nömrəli marşrut isə Ə.Şıxlınski küçəsindən müvəqqəti çıxarılaraq N.Tusi küçəsi ilə təşkil ediləcək.

36 və 81 nömrəli marşrut xətlərinin hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
Hire Freelancers

Əlaqəli xəbər

Back to top button