Energetika

ABŞ-da neft hasilatının artması haqda xəbər neftin ucuzlaşmasına səbəb olub

Movavi

ABŞ-da “qara qızıl” hasilatının və neft məhsulları ehtiyatlarının artması haqqında xəbərlər dünya bazarlarında neftin ucuzlaşmasına səbəb olub.

QİA.AZ “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:53-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,68% ucuzlaşaraq 1 bareli 71,74 ABŞ dollarına satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 0,64% aşağı düşərək 1 bareli 69,52 dollar təşkil edib.

4 iyun tarixinədək olan həftə ərzində ABŞ-da “qara qızıl” hasilatı 0,2 milyon barel artaraq, 11 milyon barelə çatıb. Bundan başqa, həftə ərzində ölkədə benzin ehtiyatları 7 milyon barel artıb.

Benzinə gəlincə, onun toplanması gələcəkdə istifadə ilə bağlıdır. “Benzin ehtiyatlarının toplanması yəqin ki, “birdəfəlik” olacaq və istehlak yüksək olacaq. Təkcə ABŞ-da deyil, Avropada da hərəkətliliyin tədricən artmasının şahidi oluruq”, – deyə “UBS Wealth Management”in strateqi Ueyn Qordon “Bloomberg”ə bildirib.

İnvestorlar həmçinin OPEK-in hesabatının dərc olunmasını gözləyirlər. Onlar hesabatda bazardakı vəziyyətlə bağlı şərhlərin yer alacağına ümid edirlər.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button