Dünya

ABŞ prezidenti Çin lideri ilə telefonla danışdı

ABŞ prezidenti Co Bayden və Çin Xalq Respublikasının sədri Si Tsinpin arasında telefon danışığı baş tutub.

“QİA.AZ” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Telefon danışığı zamanı liderlər yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə, iqlim dəyişikliyi və dünyada silahların yayılmasının qarşısının alınması məsələlərini müzakirə ediblər.

Amerika prezidenti Ay təqvimi üzrə Yeni il münasibətilə Çin xalqına təbriklərini və xoş arzularını çatdırıb.

Əlaqəli xəbər

Back to top button