Gündəm

Aeroflot Türkiyəyə əlavə reyslər açacaq

Movavi

“Aeroflot” Türkiyə ilə aviaəlaqənin bərpasından sonra iyunun 25-dən əlavə reyslər açacaq.

QİA.AZ-ın məlumatına görə, bu barədə şirkətin rəsmi nümayəndəsi Mixail Demin deyib.

Məlmata əsasən, Moskvadan İstanbula gündə iki dəfə, Antalya, Bodrum və Dalamana isə gündə bir reys ediləcək.

“Daha sonra yükləməni monitorinq edəcəyik və buna uyğun qərar veriləcək”, – Demin bildirib.

Xatırladaq ki, daha əvvəl Rusiya və Türkiyə arasında apreldə koronavirusla bağlı vəziyyətlə dayandırılan aviaəlaqə iyunun 22-də bərpa ediləcək. Aviaəlaqənin dayandırıldığı müddətdə “Aeroflot” və “Turkish Airlines” şirkətlərinin İstanbula həftədə iki reysi fəaliyyətdə saxlanılmışdır.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button