Ağcabədidə yol qəzası olub, xəsarət alan var

May9,2021 #Ağcabədi #Qəza
Ağcabədidə yol qəzası qeydə alınıb.

Bu barədə “QİA.az” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağcabədi rayonu ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qrupu cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə 1 nəfər deformasiyaya uğrayan “LADA” markalı minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxşar Xəbərlər