Ağdaş rayonunun Qarağan Sədi kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 1 otağının, aynabəndinin və dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən QİA.AZ-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.