Hadisə

Ağdaşda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb, bir nəfər xəsarət alıb – FOTO

Movavi

Ağdaşda ölümlə nəticələnən ağır yol qəzası olub.

“QİA.az” xəbər verir ki, hadisə Ləki qəsəbəsi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “Mercedes” markalı minik avtomobili sürücü, Bakı sakini, 1959-cu il təvəllüdlü Salmanov Ramiz İbrahim oğlunun idarə etdiyi MAN markalı yük maşınına çırpılıb. Qəza nəticəsində “Mercedes”də olan 2 nəfər həlak olub, daha 1 nəfər yaralanıb. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə təcili tibbi yardım və yol polisi cəlb edilib. Qəzada ölənlərin və yaralananın şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button