Ağstafada 17 yaşlı qız sirkə turşusundan zəhərlənib

Apr18,2021 #Ağstafa #Sirkə

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

“QİA.az”ın məlumatına görə, hadisə rayonun Pirli kəndində qeydə alınıb. 2004-cü il təvəllüdlü Aşurlu Vüsalə Vüqar qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

17 yaşlı gənc qızın hansı səbəbdən sirkə turşusu içməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

QİA.az

Oxşar Xəbərlər