Hadisə

Ağsuda 10 hektar sahədə biçilməmiş taxıl sahəsi yanıb

Movavi

İlkin məlumata əsasən, Ağsu rayonunun Musabəyli kəndində təqribən 10 hektar sahədə biçilməmiş taxıl sahəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən QİA.AZ-a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq saat 17:55-də tam söndürülüb.

Yaxınlıqdakı geniş taxıl sahələri yanğından mühafizə olunub.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button