Elm və TəhsilManşet

Ali məktəblərə qəbul imtahanlarının tarixləri elan olunub

Movavi

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının tarixləri elan olunub.

Bu barədə “QİA.az”a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının II mərhələsi, əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının I və II mərhələsi, əlavə tədris və xarici dil imtahanlarının aşağıdakı qrafikə uyğun keçirilməsi planlaşdırılır.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının 2-ci mərhələsinin 2-ci cəhdinin keçirilib-keçirilməməsi haqqında avqust ayında respublikada mövcud olacaq sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qərar veriləcək.

S/sİmtahanın adıKeçirilmə tarixi
1.– Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;- Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan;- Buraxılış imtahanında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı.1 iyul
2.Bakalavriat səviyyəsinə qəbul imtahanı (II mərhələ), 1-ci cəhd:
III ixtisas qrupu14 iyul
II qrupu15 iyul
I ixtisas qrupu27 – 28 iyul
IV ixtisas qrupu28 iyul
Hire Freelancers

Əlaqəli xəbər

Back to top button