Alimlər COVID-19-un Hindistan ştammının dörd yeni simptomunu açıqlayıb

İyn21,2021

COVID-19-un Hindistan ştammına yoluxmuş xəstələr dörd yeni simptomla qarşılaşıblar.

QİA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hindistanın Çennai şəhərindən olan həkim-infeksionist Abdula Qafur bildirib.

Onun sözlərinə görə, SARS-CoV-2-nin delta variantına yoluxanlar tez-tez ishaldan şikayətlənirlər. Qafur vurğulayıb ki, pandemiyanın ilk dalğası zamanı bənzər simptom daha az müşahidə edilirdi.

Bundan əlavə, Hindistan ştammının pasiyentləri qanqrenaya gətirib çıxaran trombların yaranması ilə qarşılaşırlar. Simptomlar arasında həmçinin eşitmə pozğunluğu və ağır mədə narahatlığı da var.

“Delta” variantı son altı ayda 60-dan çox ölkədə yayılıb. Bu ştammın əvvəlki dominant növdən – Britaniya ştammından 60% daha sürətli yoluxduğu qeyd olunur.

Oxşar Xəbərlər