Alimlər dünyada yeni pandemiya barədə xəbərdarlıq ediblər

May23,2021

Dünyada yeni pandemiya H5N8 quş qripi virusuna görə başlana bilər.

“QİA.az” xəbər verir ki, bununla bağlı tədqiqata diqqəti “Medical Xpress” portalı yönəldib.

Qeyd edilir ki, Çin alimləri yeni pandemiyanın quş qripi virusu ilə bağlı olacağını açıqlayıblar.

Veyfen Şi və Corc Qao virusun yaranma yayılmasının tarixini izləyiblər. Onlar bildiriblər ki, bu ştamm 2010-cu ildə Çində ördəklərdə aşkarlanıb. Dörd il sonra Yaponiya və Cənubi Koreyada da yoluxma halları qeydə alınıb. Virusa yoluxanlar arasında ev və vəhşi quşlar da olub.

Virus 2016-cı ildə Hindistanda, Rusiyada, Monqolustanda, ABŞ-da, həmçinin Avropanın digər ərazilərində aşkarlanıb. H5N8 virusu 2020-ci ildə artıq 46 ölkədə qeydə alınıb. Bu, virusun artım qabiliyyətini göstərir.

Veyfen Şi və Corc Qao bu halda qeyd ediblər ki, yoluxanların müayinəsi zamanı H5N8-in insanlar arasında ötürülməsi əlamətləri aşkarlanmayıb.

Onlar həmçinin diqqəti virusun yüksək patogenliyinə yönəldiblər.

Oxşar Xəbərlər