DünyaErməni VandalizmiGündəm

Alman alim Xocalı qətliamından yazıb

Alman alim Dr. Mixael Raynhard Hess Xocalı qətliamından yazıb.                                    

“QİA.AZ” Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsindən aldığı məlumata əsasən xəbər verir ki, alman alim Dr. Mixael Raynhard Hessin “nex24.news” onlayn xəbər portalında Xocalı qətliamından bəhs edən “Tarixin” üç mənası məqaləsi yayımlanıb. Məqalənin müəllifi Xocalı dəhşətlərini həm tarixçilərin, həm faciə qurbanlarının, həm də yazıçıların prizmasından təhlil edib.  Müəllif 26 fevral 1992-ci ildə Xocalıda törədilənləri müharibə cinayəti kimi qiymətləndirib və onu ikinci Dünya müharibəsindən sonra qurbanların sayına görə, Srebrenitsadan sonra  Avropanın ikinci ən dəhşətli genosidi adlandırıb.

Dr. Hess Xocalı qətliamının dəhşətlərini “Müharibə uşaqları” kitabından tərcümələr verməklə bir daha inandırıcı formada oxucuların diqqətinə çatdırıb. Alim Xaçatur adlı erməni əsgərinin 13 yaşlı azərbaycanlı gənci diri-diri pəncərəyə mismarlamasını, digər üç uşağın, eləcə də hamilə ananın körpə övladının gözləri önündə öldürülərək itlərə yem edilməsini, gənc qızın üzərinə benzin tökülərək diri-diri yandırılmasını tam açıqlığı ilə təsvir edib.

Alman müəllif Haaqa Beynəlxalq Məhkəməsinin müharibə cinayətlərində təqsirli bildiyi uqandalı hərbi komandan Dominik Onqvenlə Serj Sarkisyanın tutarlı müqayisəsini apararaq, bütün müharibə cinayətkarlarının məsuliyyətə cəlb edilməsinin hələ də gec olmadığını əsaslandırıb.

Qeyd edək ki, Dr. Mixael Raynhard Hessin 2016-cı ilin aprel döyüşlərindən bir neçə ay sonra “Tanklar cənnətdə. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” adlı kitabı Berlində alman dilində, 44 günlük müharibədən az əvvəl – 2020-ci ilin avqustunda isə “Qarabağ 13-cü əsrdən 1920-ci ilədək. Azərbaycanın tarixinin açılımı” adlı kitabı Münxendə ingilis dilində nəşr edilib.

Məqalə Avropadakı Azərbaycan diasporunun səyləri nəticəsində işıq üzü görüb.

Məqalənin orijinalı ilə aşağıdakı əlavədə tanış olmaq olar:

Əlaqəli xəbər

Back to top button