Dünya

Almaniyada klinikalara yardım üçün hərbçilər cəlb edilir

Almaniya Silahlı Qüvvələri pandemiyanın dördüncü dalğası fonunda mülki yardım üçün ilin sonuna qədər 12 min hərbçini səfərbər edəcək.

Bu barədə “Der Spiegel” xəbər verib.

Ehtiyatda olan hərbçilərin revaksinasiya, test prosesində maddi-texniki yardım göstərəcəkləri, zərurət yarandığı halda müvəqqəti hospitallar tikəcəkləri, nəqliyyat xidmətləri göstərəcəkləri nəzərdə tutulur. Noyabrın sonuna kimi 6 min hərbçinin səfərbər edilməsi planlaşdırılır, Katolik Milad bayramına qədər isə eyni sayda hərbçi səfərbər olunacaq.

Bu məlumatın rəsmi təsdiqi yoxdur.

Əlaqəli xəbər

Back to top button