Almaniyalı ekspert: Hava təchizatı baxımdan Azərbaycandan geri qalırıq

İyn14,2021

“Məhz bu münaqişədə Azərbaycana qarşı bundesver döyüşsəydi, məncə qələbə şansı olmayacaqdı”.

“QİA.az” “Daily Sabah”-a istinadən xəbər verir ki, bunu Almaniya Müdafiə və Strategiya Tədqiqatları İnstitutunun (GIDS) müasir müharibə üsulları və yeni texnologiyalar eksperti polkovnik-leytenant Mikael Karl bildirib.

Beynəlxalq dron bazarını və dronların ötən ilki Qarabağ müharibəsindəki rolunu dəyərləndirən ekspert Almaniya ordusunun döyüş dron hücumundan qorunmaq üçün lazımı təchizata malik olmaması qənaətinə gəlib:

“Döyüş dronları və kamikaze dronları kimi tətbiq olunan silahlara qarşı biz özümüzü adekvat şəkildə qorumaq iqtidarında olmayacaqdıq. Ordu hava müdafiəsinin təkcə bu nöqsanı bizi məğlubiyyətə düçar edəcəkdi” – deyən ekspert partladıcı qurğularla təchiz olunaraq hədəfləri izləmək və vurmaq üçün istifadə olunan birdəfəlik, yaxud kamkikaze dronlarını bu növ hərbi texnikanın yeni, daha təhlükəli növü olaraq səciyyələndirib.

Xatırladaq ki, Türkiyə istehsalı olan “Bayraktar TB-2” insansız döyüş uçuş vasitələri (UCAV) 93,2 faiz səviyyəsində yerli istehsal olaraq 2014-cü ildən Türkiyə ordusunun cəbbəxanasına daxıl edilib, hazırda isə 160 ədədi Türkiyə, Qətər, Azərbaycan, Ukrayna ordularının təchizatındadır.

Oxşar Xəbərlər