Bəzi ölkələrdən olan istifadəçilər “Amazon” korporasiyasının onlayn xidmətlərinin işində problem olduğunu bildiriblər.
QİA.AZ xəbər verir ki, bu “Downdetector” xidmətinin məlumatlarında əks olunub.
Bildirilir ki, problem “Amazon”-un bulud hesablamaları sahəsində xidmətlər göstərən bölməsi olan Amazon Web Services-in işində qeydə alınıb.
“Amazon”-un Twitch axın saytının istifadəçiləri də problemlər barədə məlumat veriblər. Şirkətin onlayn mağazasının işində də problemlər yaşanıb. Ən çox şikayət ABŞ-dakı istifadəçilərdən gəlib. Hindistan, Almaniya, Böyük Britaniya və Kanada da qəzalar barədə məlumat verib.