İqtisadiyyat

AMB-nin gələnilki siyasətinin əsas istiqamətləri açıqlanıb

Movavi

2021-ci ilin pul və maliyyə sabitliyi siyasəti dünyada iqtisadi aktivliyin, qlobal əmtəə və maliyyə bazarlarındakı vəziyyətin perspektivləri ilə bağlı qeyri-müəyyənliklərin yüksək olduğu bir şəraitdə formalaşdırılır.

“QİA.AZ” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.

Sənəddə həmçinin deyilir ki, növbəti ildə də pandemiya ayrı-ayrı ölkələrin iqtisadi dayanıqlıq potensialını sınağa çəkəcək. Risklər başlıca olaraq epidemioloji vəziyyətlə əlaqədar olmaqla xarici və daxili mühitə təsir potensialını saxlayır.

Digər tərəfdən Azərbaycan iqtisadiyyatının uzunmüddətli dövrdə aşağı neft gəlirlərinə uyğunlaşması, Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə böyük bərpa və qayıdış işlərinin reallaşdırılması, habelə ölkədə növbəti 10 ildə ikiqat artıma yönələn yeni inkişaf strategiyasının sürətlə realizasiyası ilə bağlı böyük çağırışlar formalaşıb. Belə bir şəraitdə 2021-ci ildə makroiqtisadi və maliyyə sektorunun stabilliyinin qorunması makroiqtisadi və makroprudensial siyasətlərin əsasını təşkil edəcək.

AMB makroiqtisadi və maliyyə sabitliyi vasitəsilə pandemiyadan təsirlənən iqtisadi artımın dayanıqlı əsaslarla bərpa edilməsinə dəstək verəcək. Pul siyasəti növbəti ildə də qiymət sabitliyinə fokuslaşmaqla dayanıqlı iqtisadi artım üçün vacib şərtlərin təmin edilməsində mühüm rol oynayacaq. Maliyyə sektorunun dayanıqlığının gücləndirilməsi, maliyyə vasitəçiliyinin və maliyyə bazarlarının inkişafı istiqamətində səylər davam etdiriləcək.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button