Gündəm

AQTA daha 3 müəssisədə pozuntular aşkarlayıb

Monitorinqlər zamanı 3 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Bu barədə QİA.AZ-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 2021-ci il noyabrın 2-də ölkə üzrə 399 ictimai iaşə obyektində 704 monitorinq keçirilib. Monitorinqlər zamanı 3 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail ‎rayonu, Neftçilər prospekti, Park Bulvar ticarət mərkəzində yerləşən, hüquqi şəxs “Gravity” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Woki Oki” restoranı;

2. Bakı şəhəri, Səbail ‎rayonu, Neftçilər prospekti, Park Bulvar ticarət mərkəzində yerləşən, fiziki şəxs Bülent Kökə məxsus “Ye doy” kafesi;

3. Bakı şəhəri, Suraxanı ‎rayonu, İ.Məmmədov 1c ünvanında yerləşən, fiziki şəxs Hüseynov Xalıqverdi Kamal oğluna məxsus “Olimp Çay Evi” kafesi.

Əlaqəli xəbər

Back to top button