Futbol

AVRO-2020: Bakıdakı son oyunun təyinatları açıqlanıb

Movavi

Avropa çempionatının 1/4 final mərhələsinin Bakıda keçiriləcək Çexiya – Danimarka oyunu üçün hakim təyinatları açıqlanıb.

“QİA.az”ın məlumatına görə, qarşılaşma Niderlanddan olan hakimlər briqadasına həvalə edilib.

FIFA referisi Byorn Kuypersə Sander van Rökel və Ervin Tseynstra yan xətt hakimləri qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını rusiyalı Sergey Karasyov yerinə yetirəcək. VAR hakimi niderlandlı Pol van Bökel olacaq.

Qeyd edək ki, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək Çexiya – Danimarka oyunu saat 20:00-da başlayacaq.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button