AVRO-2020: Biletlər satışa çıxarılır

May14,2021 #AVRO-2020
avro2020bilet

Mayın 15-dən etibarən AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının biletləri satışa çıxarılacaq.

“QİA.az” xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Biletlərin satış məntəqələri ilə aşağıdakı cədvəldə tanış ola bilərisiniz:

KASSAÜNVAN
Köşk №1M.Rəsulzadə 3., Bakı,
Köşk №2Bülbül prospekti, Nizami küç., Bakı
Köşk №3Üzeyir Hacıbəyov küç.69x, Bakı
1 saylı “ASAN xidmət” mərkəziHəsən Əliyev küç.36, Bakı
2 saylı “ASAN xidmət” mərkəziNobel prospekti 23, AMAY T.M., Bakı
3 saylı “ASAN xidmət” mərkəziAbbas Mirzə Şərifzadə 157, Yasamal, Bakı

Biletləri, eyni zamanda, http://www.iticket.az/2020 keçidi vasitəsilə də almaq mümkündür.

Biletlərin qiymətləri:

1-ci kateqoriya – 250 AZN

2-ci kateqoriya – 150 AZN

3-cü kateqoriya – 60 AZN

AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının təqvimini diqqətinizə çatdırırıq:

A qrupu

12 iyun, saat 17:00

Uels – İsveçrə

16 iyun, saat 20:00

Türkiyə – Uels

20 iyun, saat 20:00

Türkiyə – İsveçrə

1/4 final mərhələsi

3 iyul, saat 20:00

AVRO-2020 ilə bağlı ən son yeniliklərdən dərhal xəbərdar olmaq üçün aşağıda göstərilmiş keçidlərdən istifadə etməklə UEFA-nın xüsusi tətbiqini yükləyə bilərsiniz:

İOS istifadəçiləri üçün:

https://apps.apple.com/az/app/

Android istifadəçiləri üçün:

https://play.google.com/store/apps/

Oxşar Xəbərlər