Futbol

AVRO-2020: Final oyununda iştirak edəcək azarkeş sayı açıqlanıb

Movavi

Futbol üzrə Avropa çempionatının yarımfinal və final oyunlarında iştirak edəcək azarkeş sayı açıqlanıb.

“QİA.az” “Guardian”a istinadən xəbər verir ki, İngiltərənin paytaxtı Londonda “Uembli” stadionundakı matçlara 45 min fanat qatıla biləcək.

Buna səbəb İngiltərədə koronavirusa görə məhdudiyyətlərin azaldılmasıdır. 90 min azarkeş tutuma malik “Uembli”də hazırda D qrupunun görüşləri keçirilir və qarşılaşmalarda 22 min 500 tərəfdarın iştirakına icazə verilib.

Qeyd edək ki, AVRO-2020-də yarımfinal görüşləri iyulun 6-7-də, final isə iyulun 11-də gerçəkləşəcək.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button