FutbolGündəm

AVRO-2020: Türkiyənin Bakıdakı ilk oyununa neçə bilet satılıb?

Movavi

Avropa çempionatının A qrupunun Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək Uels – Türkiyə matçına indiyədək satılmış biletlərin sayı bəlli olub.

Bu barədə “QİA.az”a AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.

Onun sözlərinə görə, qarşılaşma üçün 25 mindən artıq bilet satılıb.

Qeyd edək ki, iyunun 16-da keçiriləcək Uels – Türkiyə oyunu saat 20:00-da başlayacaq. BOS həmçinin A qrupunun Türkiyə – İsveçrə qarşılaşmasına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Bakıda Uels və İsveçrə komandalarının ilk görüşü heç-heçə yekunlaşıb – 1:1.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button