Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında V turun görüşləri keçirilib.
“QİA.AZ“ın məlumatına görə, ilk 4 turu 3 qələbə və 1 heç-heçə ilə başa vuran kişilərdən ibarət Azərbaycan komandası Rusiya ilə qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Qadın yığması isə Ukrayna ilə üz-üzə gəlib. Bu görüşdə də eyni hesab qeydə alınıb.
Avropa çempionatı, V tur
Kişilər
Azərbaycan – Rusiya – 2:2
Şəhriyar Məmmədyarov – Aleksandr Qrişuk – 0,5:0,5
Teymur Rəcəbov – Daniil Dubov – 0,5:0,5
Rauf Məmmədov – Kirill Alekseyenko – 0,5:0,5
Qədir Hüseynov – Andrey Yesipenko – 0,5:0,5
Qadınlar
Azərbaycan – Ukrayna – 2:2
Günay Məmmədzadə – Anna Uşenina – 1:0
Gülnar Məmmədova – Yuliya Osmak – 0:1
Xanım Balacayeva – Nataliya Buksa – 1:0
Gövhər Beydullayeva – Nataliya Jukova – 0:1