İdman

Avropa çempionatı: Daha iki güləşçimiz qızıl medal qazandı

Movavi

Azərbaycanın daha iki sərbəst güləşçisi Almaniyanın Dortmund şəhərində keçirilən gənclərin Avropa çempionatında qızıl medal qazanıb.

QİA.AZ-ın məlumatına görə, 61 kq çəki dərəcəsində çıxış edən Kənan Heybətov finada Ermənistan təmsilçisi Levik Mikaelyana 8:5 hesabı ilə qalib gəlib.

74 kq-da yarışan Cəbrayıl Hacıyev qızıl medal uğrunda görüşdə türkiyəli Taner Qaripdən güclü olub – 12:2. 125 kq-dakı Aydın Əhmədov isə finalda Lyova Gevorqyana (Ermənistan) uduzaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, daha əvvəl digər sərbəst güləşçi Turan Bayramov (75 kq) Avropa çempionu olub.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button