Dünya

Avropa İttifaqı yüksək inflyasiya zonasına daxil olur

Movavi

Avropa İttifaqı ölkələrində inflyasiya templərinin bir qədər artması müşahidə edilir.

QİA.AZ “Budapest Business Journal”a istinadla xəbər verir ki, may ayında inflyasiyanın səviyyəsi 2,5 faizə yüksəlib. Amma bundan bir ay əvvəl istehlak qiymətlərinin artımı iki faiz səviyyəsində qalmışdı.

Bu, bəlkə də 2011-ci ilin sentyabrından bəri ən yüksək inflyasiya göstəricisidir. Ekspertlər qiymətlərin 2,3 faiz artacağını gözləsələr də, gerçəklik bu qorxuducu proqnozu da üstələyib.

May ayında inflyasiyanın katalizatoru əvvəlki kimi enerji sektoru olub. Avrozonada benzinin qiyməti orta hesabla 28,4 faiz artıb. İqtisadçılar hesab edirlər ki, inflyasiyanın artımı yaxın aylarda da davam edəcək.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button