İdman

Avropa Liqası: İlk 1/8 finalçı məlum oldu

UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab matçlarına start verilib.

QİA.AZ xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

“Tottenhem” İngiltərədə Avstriyanın “Volfsberq” komandası ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:0. Hesabı 11-ci dəqiqədə Dele Alli açıb. 50-ci və 83-cü dəqiqələrdə Karlos Vinisius, 73-cü dəqiqədə Qaret Beyl fərqlənib.

Pandemiya səbəbindən Macarıstanın paytaxtı Budapeştdə baş tutan ilk görüşdən də London təmsilçisi üstün ayrılıb – 4:1. Bu səbəbdən, “Tottenhem” 1/8 finala vəsiqə qazanıb.

Avropa Liqası

1/16 final mərhələsi

Cavab oyunu

21:00. “Tottenhem” (İngiltərə) – “Volfsberq” (Avstriya) – 4:0

Qollar: Dele Alli, 11. Karlos Vinisius, 50; 83. Qaret Beyl, 73

İlk oyun – 4:1

Qeyd edək ki, bu raundda digər cavab görüşləri fevralın 25-də oynanılacaq.

Əlaqəli xəbər

Back to top button