Dünya

Avropa ölkələri koronavirusa qarşı peyvənd olunmayanlar üçün karantin elan edib

Bir sıra Avropa dövlətləri koronavirusa qarşı peyvənd olunmamış vətəndaşlar üçün karantin elan edib.

QİA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, belə bir addımı ilk olaraq Avstriya atıb.

Məhdudiyyətlər noyabrın 14-dən 15-nə keçən gecədən qüvvəyə minib. Qərarla peyvənd sertifikatı və ya son 180 gündə COVID-19 olduğuna dair təsdiqi olmayanlar üzrlü səbəb olmadan evlərini tərk edə bilməyəcəklər.

Polis tədbirlərə əməl olunmasına nəzarət edəcək.

Əlaqəli xəbər

Back to top button