Dünyaİqtisadiyyat

Avstraliyada Ermənistana göndərilən pullarla bağlı istintaq başlayıb

Movavi

Avstraliya hökuməti ölkənin 2 böyük bankında açılmış hesaba toplanılan və Ermənistana köçürülən pullarla bağlı istintaq başlayıb.

“QİA.AZ” xəbər verir ki, bu barədə Avstraliya Türk Vəkilləri İttifaqı məlumat yayıb.

Məlumatda deyilir ki, hökumət kaset bombaları kimi qadağan olunmuş döyüş sursatlarının satın alınmasını təmin edərək bu pulların toplanmasından, insanlığa qarşı cinayətlərə şərik olmaqdan narahatdır.

“Bu yaxınlarda “Amnesty International” Ermənistanın Bərdədə mülki əhaliyə qarşı kaset bombalarından istifadə etdiyi təsdiqləyib. Bəzi banklar və digər müvafiq qurumlar çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə öhdəliklərinin pozulub-pozulmadığını araşdırırlar, çünki Avstraliya pullarının yekun olaraq hara çatdırıldığını izləmək demək olar ki, mümkünsüzdür. Bu barədə əlavə məlumat alınan kimi ətraflı məlumat veriləcək”, – deyə məlumatda qeyd olunub.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button