Gündəm

Azərbaycan dənizçiləri Qazaxıstan gəmisinə yardım etdi

Xəzərdə problemlə üzləşən Qazaxıstan gəmisi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dənizçilərinin köməkliyi ilə sahilə gətirilib.

Bu barədə “QİA.AZ”a ASCO-dan məlumat verilib.

“8 fevral 2021-ci il tarixində Xəzər dənizində Qazaxıstanın “Kazmortransflot” Milli Dəniz Gəmiçiliyi şirkətinə məxsus “Turkestan” yük gəmisində tüstüləmə olub.

Hadisə ilə bağlı “Turkestan”nın heyət üzvləri yaxınlıqda üzən digər gəmilərdən yardım istəyib. ASCO-ya məxsus “Merkuri-1” gəmisinin dənizçiləri yanğından təhlükəsizlik sistemlərini hazır vəziyyətə gətirərək çağırışa reaksiya verib. Lakin “Turkestan” gəmisinin heyətinin operativ müdaxiləsi nəticəsində tüstülənmənin qarşısı alınıb.

Bundan sonra “Kazmortransflot” Milli Dəniz Gəmiçiliyi ASCO-ya “Turkestan” gəmisinin sahilə gətirilməsi üçün müraciət edib. Dərhal ASCO-ya məxsus “Yarenqa” yedək gəmisi hadisə yerinə göndərilib.

“Türkestan” gəmisi təhlükəsiz vəziyyətdə “Yarenqa” gəmisinin köməkliyi ilə 10 fevral tarixində sahilə gətirilib”, – məlumatda deyilir.

Qeyd edək ki, hadisə zamanı gəmi yüksüz olub. Heyət üzvləri isə özlərini yaxşı hiss edirlər.

Əlaqəli xəbər

Həmçinin oxuyun
Close
Back to top button