MədəniyyətGündəmSiyasət

Azərbaycan Gürcüstanı “Mədəniyyət naminə sülh” təşəbbüsü ilə tanış edib

Movavi

“Azərbaycan-Gürcüstan tarixi əlaqələri əməkdaşlığın digər sahələrinə də sirayət edir. Mədəniyyət bizim dövlət və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Bu sahədə əməkdaşlığın gücləndirilməsi qərara alınıb”.

QİA.AZ xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani ilə görüşdən sonra deyib.Nazir qeyd edib ki, görüşdə iki ölkə arasında tarixən mövcud olan dost və mebriban qonşuluq münasibətləri nəzərdən keçirilib.A.Kərimov Gürcüstanla beynəlxalq səviyyədə əməkdaşlıq məsələsinin də müzakirə olunduğunu bildirib: “Biz YUNESCO çərçivəsində olan əlaqələrimizi bundan sonra daha da gücləndirəcəyik. Görüşdə Azərbaycanın təşəbbüskarı olduğu “Mədəniyyət naminə sülh” qlobal kampaniya layihəsi Gürcüstan tərəfinə təqdim edilib. Bu təşəbbüsün regionda sülh, barışıq və qarşılıqlı anlaşmanı təşviq edən layihə olduğu diqqətə çatdırılıb”.Nazir Azərbaycanın Gürcüstanla mədəni əlaqələri inkişaf etdirəcəyini və bunun hər iki xalqın daha da yaxınlaşmasına xidmət edəcəyini vurğulayıb.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button