Energetika

Azərbaycan İFC ilə dənizdə külək enerjisindən istifadə üzrə əməkdaşlıq edəcək

Xəzər dənizində və sahilyanı ərazilərdə külək enerjisinin potensialının öyrənilməsi məqsədilə Energetika Nazirliyi Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (İFC) ilə “Azərbaycanda dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə Yol Xəritəsi”nin hazırlanması istiqamətində əməkdaşlıq edir.

“QİA.AZ” xəbər verir ki, bu barədə Energetika Nazirliyi tərəfindən 2020-ci ildə görülmüş işlərə dair hazırladığı hesabatda deyilir.

Məlumata görə, “Azərbaycanda dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə Yol Xəritəsi”nin hazırlanması prosesi coğrafi məkan xəritələrinin tərtib olunması, zonaların müəyyənləşdirilməsi, iqtisadi, maliyyə, ekoloji və sosial aspektlərdə təhlillərin aparılması, təsirlərin qiymətləndirilməsi, icazə və razılıqların verilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi, ötürücü şəbəkənin yenidən qurulması, təchizat zəncirinin öyrənilməsi kimi məsələləri əhatə edəcək.

Hesabata əsasən, “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Dünya Bankı Qrupu arasında dənizdə külək enerjisindən istifadə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması nəzərdə tutulur.

Energetika Nazirliyi 2030-cu ilədək elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrinin payını 30 %-dək artırmağı planlaşdırır.

Əlaqəli xəbər

Back to top button