İdman

Azərbaycan – Lüksemburq oyunu başa çatıb

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Lüksemburq qarşılaşması başa çatıb.

QİA.AZ xəbər verir ki, görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bakı Olimpiya Stadionunda start götürən görüşün birinci hissəsi qolsuz heç-heçə ilə başa çatıb. Fasilədən sonra daha üstün oyun göstərən qonaqlar matçın 67-ci dəqiqəsində hesabı açıb. Jerson Rodriqes fərqlənib. Oyunun 78-cı dəqiqəsində Lüksemburq millisi hesab arasındakı fərqi artırıb. Sebastyan Til adını tabloya yazdırıb. Qarşılaşmanın 83-cü dəqiqəsində millimiz qollardan birinin əvəzini çıxıb. Azər Salahlı fərqi azaldıb.

Oyunun 90+1-ci dəqiqəsində Lüksemburq yenidən fərqlənib. Jerson Rodriqes özünün ikinci komandasının üçüncü qoluna imza atıb.

Qalan dəqiqələrdə hər iki komandanın fərqlənmək şansı olsa da, hesab dəyişilməyib.

Bu nəticədən sonra xal ehtiyatını 9-a çatdıran Lüksemburq millisi turnir cədvəlində üçüncü yerə yüksəlib. Azərbaycan seçməsi isə bir xalla sonuncu – beşinci yerdə qərarlaşıb.

Əlaqəli xəbər

Back to top button