Azərbaycan meyvə-tərəvəz ixracını artırıb

Apr16,2021

Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrə 97 231,23 min ABŞ dolları dəyərində 89 906,74 ton meyvə-tərəvəz ixrac edib.

“QİA.az”ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ötən ilin yanvar-mart ayları ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 14,1% azalıb, həcmi isə 6,3% artıb.

Qeyd edək ki, bu ilin ilk rübündə Azərbaycandan ixrac olunan meyvə-tərəvəz məhsullarını əsasən tomat, meşə fındığı, alma, xurma və nar təşkil edib.

Hesabat dövründə 21 259,52 min dollar dəyərində 19 516,09 ton tomat ixrac edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq 2,1 dəfə və 40,4% azdır.

Cari ilin yanvar-mart ayları ərzində 29 051,68 min dollar dəyərində (21,4% azalma) 4 681,18 ton (azalma 22,1%) meşə fındığı ixrac olunub.

Ölkədən həmçinin 5 611,11 min dollar dəyərində 14 131,13 ton alma ixrac olunub ki, bu göstərici üzrə dəyər olaraq 27,6%, həcm olaraq isə 22,3% azalma müşahidə olunub.

Bu ilin I rübündə ölkədən 31 865,68 min dollar dəyərində (2,3 dəfə artım) 42 342,91 ton (2,4 dəfə artım) xurma ixrac olunub.

İxrac üzrə hesabata cari ilin yanvar ayından etibarən nar məhsulu da daxil edilib ki, bu kateqoriya üzrə ilin ilk üç ayında 2 889,59 min dollar dəyərində 1 853,54 ton məhsul ixrac olunub.

Oxşar Xəbərlər