İqtisadiyyat

“Azərbaycan Mikro-Kredit” BOKT ötən ili zərərlə başa vurub

Movavi

“Azərbaycan Mikro-Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 510 min manat xalis zərərlə başa vurub. Halbuki, BOKT 2019-cu ildən 0,1 min manat xalis mənfəətlə çıxmışdı.

QİA.AZ xəbər verir ki, ötən il “Azərbaycan Mikro Kredit”in mənfəət vergisinəqədərki zərəri 637 min manat (əvvəlki il mənfəət olub), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 127 min manat (əvvəlki il veri ödəyib) təşkil edib.

Bu il yanvarın 1-nə “Azərbaycan Mikro Kredit”in aktivləri 2,05 milyon manat olub ki, bu da illik müqayisədə 33,7% azdır. Bunun 1,453 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 49,7% kiçilib.

Hesabat dövründə “Azərbaycan Mikro Kredit”in öhdəlikləri 15,8% artaraq 505 min manata çatıb, balans kapitalı 41,8% azalaraq 1,545 milyon manata, o cümlədən nizamnamə kapitalı 22,6% azalaraq 2,054 milyon manata düşüb.

Xatırladaq ki, “Azərbaycan Mikro-Kredit” 2014-cü ildə yaradılıb. Onun təsisçisi 100 % Tural Məmmədovdur.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button