Gündəm

“Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət istiqaməti” mövzusunda vebinar keçirilib

Movavi

Bugün Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü, YTB və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə  “Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət istiqaməti” mövzusunda  vebinar keçirilib.

QİA.AZ xəbər verir ki, xaricdə Yaşayan Türklər və Əqraba İcmaları İdarəsi ilə birgə keçirilən vebinarda Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev və YTB sədrinin müavini Said Yusif çıxış ediblər. Görüşdə Azərbaycan və Türk  diaspor təşkilatlarının həm qlobal, həm də regional müstəvidə birgə fəaliyyət mexanizmləri, mövcud problemlər, habelə beynəlxalq çağırışlara uyğun olaraq, cari və gələcək əməkdaşlıq perspektivləri barədə  müzakirə aparlıb.  V.Hacıyev YTB ilə faydalı əməkdaşlıq məsələsinə toxunaraq bildirib ki, iki ölkənin diaspor qurumu arasında imzalanan anlaşma memorandumu, eləcə də Berlin və Nyu York şəhərlərində keçirilən təcrübə proqramları böyük əhəmiyyət kəsb edir. O, həmçinin 44 günlük müharibə dövründə  YTB sədrinin Azərbaycana səfəri çərçivəsində mülki əhalinin hədəf alındığı Gəncə şəhərində terror qurbanlarını yad etməsini  iki ölkə arasında dostluq və qardaşlığın bariz nümunəsi kimi qiymətləndirib, birgə fəaliyyətin bu gün də  uğurla davam etdiyini bildirib. Vebinar iştirakçılarını salamlayan Said Yusif türk diaspor təşkilatlarının uğurlu siyasətinin  təkcə dövlət dəstəyi hesabına yox, həm də diaspor təşkilatları arasındakı sıx dostluq və əməkdaşlıq  bağları sayəsində mümkün olduğunu bildirib. O, diaspor təşkilatlarının təmsil olunduqları ölkələrin  ictimai-siyasi həyatında yaxından iştirak etməli  olduğunu xüsusi vurğulayıb, diaspor nümayəndələrinin aparıcı media orqanlarında təmsil olunmasının əhəmiyyətindən danışıb.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button