Dünya

Azərbaycan XİN Pakistana başsağlığı verib 

Movavi

Azərbaycanın Xarici İşlər Nazirliyi Pakistanda onlarla insanın ölümünə səbəb olan qatar qəzası ilə bağlı başsağlığı verib.

“QİA.az”ın xəbərinə görə, başsağlığı mətni nazirliyin tvitter səhifəsində yayılıb.

“Pakistanın Qotki rayonunda baş verən ölümcül qatar qəzası ilə bağlı xəbər bizi dərindən kədərləndirdi. Həyatını itirmiş 30-dan çox sərnişinin ailəsinə dərin hüznlə başsağlığı diləyirik. Yaralananların hamısının tez bir zamanda sağalmasını arzulayırıq. Düşüncələrimiz və dualarımız qardaş Pakistanladır”, – başsağlığında vurğulanıb.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button