Azərbaycanda 1 072 nəfər koronavirusa yoluxub, 26 nəfər ölüb

Noy15,2021

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yeni 1 072 yoluxma faktı qeydə alınıb, 1 229 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 561 925 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 523 660 nəfər müalicə olunaraq sağalıb, 7 471 nəfər vəfat edib, aktiv xəstə sayı 30 794 nəfərdir.

Ölkədə son sutka ərzində 6 803, hazırkı dövrədək isə 5 367 119 test aparılıb.

Oxşar Xəbərlər