Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Sen29,2021

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 67 977 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 583, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 394 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 485 952, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 745 715, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 740 237 təşkil edir.

Oxşar Xəbərlər