Gündəm

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 47 133 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 349, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 784 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 708 264, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 293 969, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 414 295 təşkil edir.

Əlaqəli xəbər

Back to top button