Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 39 986 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 430, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 556 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 323 487, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 566 320, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 757 167 təşkil edir.