Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

May31,2021

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 407 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 180, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 227 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 253 216, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 352 958, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 900 258 təşkil edir.

Oxşar Xəbərlər