Səhiyyə

Azərbaycanda daha 128 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər vəfat edib

Movavi

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 128 yeni yoluxma faktı qeydə alınıb, 140 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə “QİA.AZ”a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 232 123 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 654 nəfər müalicə olunaraq sağalıb, 3 180 nəfər vəfat edib. Hazırda 2 289 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 647, bu günə qədər isə ümumilikdə 2 501 845 test icra olunub.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button