Azərbaycanda koronavirusa qarşı vaksin hazırlanır

Avq21,2021

Azərbaycanda koronavirusa qarşı vaksin hazırlanması istiqamətində tədqiqatlara başlanılıb.

QİA.AZ xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı rəsmi “Twitter” hesabında paylaşım edib.

“Uzun illərdən sonra ilk dəfə ölkəmizdə vaksin yaradılması, COVID 19 daxil olmaqla, infeksion xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması, diaqnostikası, kimya terapiyası üçün hüceyrə kulturası tədqiqatlarına start verilib”, – deyə o qeyd edib.

Oxşar Xəbərlər