Azərbaycanda koronavirusa yoluxanların sayı 2000-i keçdi

Avq11,2021

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 396 yeni yoluxma faktı qeydə alınıb, 674 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 357 058 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 336 445 nəfər müalicə olunaraq sağalıb, 5 095 nəfər vəfat edib, aktiv xəstə sayı 15518 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 792, ötən müddət ərzində isə ümumilikdə 4 147 588 test aparılıb.

Oxşar Xəbərlər