Azərbaycanda bu gün peyvənd olunanların sayı açıqlanıb

İyn6,2021

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 084 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “QİA.az”a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 275, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 809 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 546 169, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 611 165, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 935 004 təşkil edir.

Oxşar Xəbərlər