Azərbaycanda vurulan peyvəndlərin sayı 6 milyonu ötüb

Avq20,2021

Son sutka ərzində Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 54 455 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 046, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 409 nəfərdir.

Hazırkı dövrədək ölkədə vurulan vaksinlərin ümumi sayı 6 045 471, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 617 203, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 428 268 təşkil edir.

Oxşar Xəbərlər