Cəmiyyət

Azərbaycanlı alim Polşa radiosunda ermənilərin iddialarını faktlarla alt-üst edib

Movavi

Polşa Azərbaycanlıları Şurasının üzvü, Vrotslav Universitetinin dosenti İlahə Kərimova yerli Wnet.fm radiosuna müsahibəsində ölkəmizin Dağlıq Qarabağ məsələsində mövqeyini polyak dinləyicilərinə çatdırıb.

Bu barədə “QİA.az”a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Azərbaycanın hərbi əsir saxlaması barədə ermənilərin iddiasını dezinformasıya adlandıran azərbaycanlı alim qeyd edib ki, 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan tərəfinə təslim olan bütün erməni hərbçiləri Ermənistana təhvil verilib. Hazırda Bakıda saxlanılan erməni hərbçiləri Azərbaycanın azad edilmiş torpaqlarında terror aktı törədən diversiya qrupunun üzvləridir.
Qeyd edib ki, ermənilər Qarabağ müharibəsini dini münaqişə kimi qələmə verməyə çalışır, lakin bu, həqiqətə uyğun deyil. Çünki SSRİ-nin dağılmasından sonra Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistan havadarlarının dəstəyi ilə ölkəmizin əzəli torpaqları olan Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal edə bildi. Bu işğalın 30 ilə yaxın müddət ərzində davam etdiyinə diqqəti cəlb edən soydaşımız nəzərə çatdırıb ki, separatçıların qondarma rejimi dünyaya qəbul etdirmək cəhdləri iflasa uğrayıb.
Müsahibəniə aşağıdakı linkdən dinləmək mümkündür:

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button